Kişi voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində İsveç – Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələrinin tay-brekdə uduzduğu qarşılaşmanın qəhrəmanı Vüqar Bayramov olub.
24 yaşlı hücumçu 24 xal toplamaqla, görüşün bombardiri adına yiyələnib. Həmyerlimiz, həmçinin hücumda (21 xal) və eysdə (2) də birinci olub. Digər oyunçularımıza gəlincə, Pərviz Səmədov 17, Dmitri Obodnikov 15, Rəsul İbrahimov 11, Elmin Alışanov 7 və Aleksey Çervyakov 4 xal toplayıb.
İsveçin heyətində Martin Larsson məhsuldarlığı ilə fərqlənib - 21 xal.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib