Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Slovakiyaya yollanacağı vaxt dəqiqləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünən axşam Atatürk Hava Limanında baş verən terror səbəbindən İstanbulda qalan komandamız bu gün Türkiyəni tərk edəcək.
Yığmamız saat 17:30-da Vyanaya yollanacaq. Təxminən 2 saat sonra Avstriya paytaxtında çatacaq voleybolçularımız buradan avtobusla Nitra şəhərinə gedəcək.
Qeyd edək ki, səfərdə məqsəd Avropa Liqasının final mərhələsinin ilk oyunudu. Qarşılaşma sabah keçiriləcək. Slovakiya isə Bakıdakı qarşılaşmaya iyulun 3-də çıxacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib