Qadın voleybolçular arasında Türkiyə kubokunda ilkin mərhələ başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin oyunçuları Yana Kulan və Kseniya Poznyakın şərəfini qoruduğu komandalar mübarizəni dayandırıblar.
Belə ki, Kulanın çıxış etdiyi “Çanakkale Bld” “Bursa BŞB”nın qonağı olub. İlk matçda 3:1 hesabı ilə qalib gələn təmsilçimizin komandası bu dəfə eyni hesabla uduzub – 1:3 (25:17, 25:15, 22:25, 25:22). Lakin top fərqinə görə “Çanakkale Bld” mübarizəni dayandırıb.
Poznyakın hələ heyətində debüt edə bilmədiyi “Beşiktaş” da eyni aqibəti yaşayıb. İstanbul klubu “Halkbank”la dueldə 0:3 hesablı məğlubiyyətin əvəzini çıxsa da (3:0 (25:23, 25:20, 25:20)), yoluna davam edə bilməyib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib