[b]Yığmamızın oyunçusu klubunu dəyişir[/b]
11.06.2016 - 17:18
Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkova “Azəryol”la müqaviləsini yeniləməyə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb milliləşdirilmiş legionerin xidmətində digər klubların maraqlı olmasıdı.
Belə ki, aparıcı oyunçularını bir-bir itirən “Azərreyl” Jidkovaya elçi düşüb. Voleybolçunun da “dəmiryolçular”ın təklifini müsbət qəbul edəcəyi bildirilir. Çünki “Azəryol” avrokuboka qatılmayacağı halda, “Azərreyl” Çempionlar Liqasında oynayacaq.
Qeyd edək ki, Jidkova “Azəryol”a ötən mövsümün əvvəlində gəlmişdi.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0