Bakı klubunun 2 potensial rəqibi dəqiqləşdi
17.11.2016 - 16:20
Bakının ABU həndbol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində 2 potensial rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz kimi daha 2 komanda III təsnifat mərhələsini qələbə ilə bitirib.
Bunlar Kosovonun “Şqipona” və Hollandiyanın “Quintus” klublarıdı. Onlar müvafiq olaraq, İsrail “Makkabi”sini və Bosniya və Herseqovinanın “Mira Priyedor”unu yarışdan kənarlaşdırıblar. Digər rəqiblərin adına isə həftəsonu aydınlıq gələcək.
Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” komandasını mübarizədən kənarlaşdırıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0