Avropanın ən yaxşı milli üzvlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA 40 yaşı arxada qoyub, ölkəsinin yığmasının formasını geyinənlərin siyahısını tərtib edib.
“Qocalar”ın cədvəlində buna nail olan 22 oyunçu yer alıb. Avropanın rekordçusu isə Girogios Koudasdı. 1995-ci ildə millidə son matçına çıxanda o, 48 yaş 301 günlük olub. Daha iki avropalı 45 yaşı da arxada qoyub. Uelsli Billi Meredit buna uzaq 1920-ci ildə nail olub – 45 yaş 229 günlük. Ondan 180 gün kiçik ikən millidə meydana çıxan Vasilios Hatzinapagis 1999-cu ildə Yunanıstan yığmasına lazım olub.
Qeyd edək ki, siyahıda Azərbaycan yığmasının üzvləri yer almayıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib