Millimiz Xorvatiyaya uduzdu
17.09.2015 - 10:59
Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışının son mərhələsində Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə gücünü yoxlayıb.
Qarşılaşma komandamız üçün uğursuz alınıb və Ancelo Vercesinin çalışdırdığı rəqib 4:0 (25:11, 25:17, 25:22, 25:20) hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, millimiz Mariborda Sloveniya və Polşa voleybolçuları ilə də yoxlama matçı keçirəcək.
0
0