Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsi çərçivəsində keçirilən “Volero” (İsveçrə) - “Lokomotiv” (Azərbaycan) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sürix təmsilçisinin 3:1 (21:25, 25:18, 25:14, 25:19) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu Olesya Rıxlyuk olub.
Bakıda keçirilən matçda 19 xal toplayan ukraynalı hücumçu bu dəfə “dəmryolçular”dan 21 xal alıb. Azərbaycan millisinin sabiq kapitanı Natalya Məmmədova İsveçrə təmsilçisinə 14 xal qazandıraraq, komandasının 3-cü, oyunun 5-ci bombardiri olub.
Qeyd edək ki, "Lokomotiv" ilk matçda 3:2 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.
“Lokomotiv”in heyətində Aneta Havlikova məhsuldar olub. O, 16 dəfə fərqlənib. Karlo Parisinin digər yetirmələrindən Sonya Nyukomb 11, Yaroslava Pencova 9, Özge Kirdar Çemberci ilə Hana Çutura hərəyə 7, Aleksandra Çrnçeviç 5 və Berit Kauffeldt 1 dəqiqə zərbə vurub.
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”