Rəqibimiz Bolqarıstan millisi ilə bacarmadı
23.09.2015 - 07:54
Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibi olan Belçika yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinə Hollandiya ilə birgə ev sahibliyi edəcək komanda Bolqarıstan millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibimiz üçün məğlubiyyətlə başa çatıb. Belçikalılar Türkiyə yığmasının ardınca bolqarlara da məğlub olub – 2:3 (25:18, 25:18, 20:25, 15:25, 14:16).
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 26-da başlayacaq.
0
0