Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibi olan Türkiyə yığması hazırlığın son mərhələsini Serbiyada keçəcək. Apasport.az saytının məlumatına görə, Ferhat Akbaşın yetirmələri Belqradda 2 yoxlama matçında da qüvvəsini sınayacaqlar.
“Ay-ulduzlular”ın Serbiya millisi ilə görüşləri sentyabrın 19-na və 20-nə təsadüf edəcək. Komanda oyunları bitirdikdən sonra İstanbula dönəcək və Avropa çempionatına doğma şəhərdən yollanacaq.
Qeyd edək ki, Belçika və Hollandiyada təşkil olunacaq qitə çempionatı sentyabrın 26-da start götürəcək və həmin gün Azərbaycan Türkiyə ilə gücünü yoxlayacaq.