Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyunun keçirilmə vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq “Lokomotiv” – “Azərreyl” görüşü planlaşdırıldığından 2 saat tez başlayacaq.
Öncədən qarşılaşmanın saat 19:00-da başlaması nəzərdə tutulmuşdu. Lakin “Azərreyl” İdman Bazasında keçiriləcək matç 17:00-da start götürəcək.
Beləliklə, 2015-ci ilin son oyun gününün hər iki qarşılaşması eyni vaxtda başlayaacq.
19 dekabr
X tur
17:00. “Telekom” - “Azəryol”
"Gənclik” Olimpiya İdman Kompleksi
VIII tur
17:00. “Lokomotiv” – “Azərreyl”
“Azərreyl” İdman Bazası