Milli komandalar səviyyəsində Avropa futbolunun ən böyük turniri olan Avropa çempionatında mübarizə aparacaq ən dəyərli komandalar bəlli olub.
Apasport.az xəbər verir ki, çempionatda çıxış edəcək komandaların təxmini bazar dəyəri 11 milyard 381 milyon avrodur.
Cəmi 3 milli komandanın bazar dəyəri 1 milyard avrodan yüksəkdir.
Siyahıya 1,52 milyard avro ilə İngiltərə başçılıq edir. İkinci yeri Fransa tutur: 1,23 milyard avro. İlk üçlüyü Portuqaliya tamamlayır: 1,05 milyard avro.
Avropa çempionatında iştirak edəcək ən dəyərli komandalar aşağıdakılardır:
1. İngiltərə: 1,52 milyard avro
2. Fransa: 1,23 milyard avro
3. Portuqaliya: 1,05 milyard avro
4. İspaniya: 965,5 milyon avro
5. Almaniya: 851 milyon avro
6. Hollandiya: 765 milyon avro
7. İtaliya: 705,5 milyon avro
8. Belçika: 584,5 milyon avro
9. Danimarka: 415,5 milyon avro
10. Ukrayna: 379 milyon avro
Qeyd edək ki, 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayır
- "Santos" baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- III MDB Oyunları: Azərbaycanlı üzgüçü qızıl medal qazandı
- Luis Suares: “O, karyeramın ən yaxşı məşqçisidir”