AFFA Bakı klubuna TEXNİKİ MƏĞLUBİYYƏT VERDİ
16.02.2026 - 12:39
AFFA Bakı klubuna TEXNİKİ MƏĞLUBİYYƏT VERDİ

"Yeni Suraxanı" futzal komandasına texniki məğlubiyyət verilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.

Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.