Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
19.09.2024 - 16:59
Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.
Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.
Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.
Qeyd edək ki, püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
- UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçının hakimləri müəyyənləşib
- "Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə
- Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
- Belottiyə uzunmüddətli müqavilə təklifi
- Hakimi Avropa nəhənglərinin hədəfində
0
0