Azərbaycanın FIFA referisi KL-də
26.07.2024 - 16:39
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Umudlu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- Yığmamızın Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlanıb
- Mərakeş Belçikanı məğlub etdi - YENİLƏNİB
- Rail Məlikov: “Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil”
- Kreyq Harrison: “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm
- Giorgi Kantariya: "Artıq uğursuz seriyaya son qoymalıyıq" - Müsahibə
0
0