"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Frenki de Yonqla razılığa gəlib.
Apasport.az xəbər verir ki, İspaniya çempionu niderlandlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.
Rəsmi açıqlama bu həftənin sonuna kimi ediləcək. Klub 28 yaşlı yarımmüdafiəçinin sərbəstqalma məbləğini 500 milyon avro təyin edəcək.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan 86 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- Millimizin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb
- Samir Abasov yenidən tələbəsinə göz dikdi – YALNIZ BİZDƏ
- Rövşən Nəcəf: "Qurban Qurbanovun özündən soruşa bilərsiniz"
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- Lunyev “Qarabağ”la 2 illik müqavilə imzalayacaq