Belarusun "Dinamo" klubunun avrokuboklardakı ev qrup oyunlarını Sumqayıtın "Mehdi Hüseynzadə" stadionunda keçirəcəyi gözlənilir.
Apasport.az-ın məlumatına görə, təsnifat matçlarını Macarıstanda keçirmiş Minsk təmsilçisinin sonradan ev oyunlarının məkanını dəyişdirməsi isə maliyyə məsələsi ilə bağlıdır.
Belə ki, Macarıstanda otel və stadionun icarə qiymətlərinin qalxmasına görə "Dinamo" Azərbaycana üz tutmalı olub. Belarus klubunun rəhbərliyi bu qiymətlərlə razılaşmadığı üçün AFFA-ya müraciət edib. Klub "Mehdi Hüseynzadə" stadionunda oynamaq üçün "Sumqayıt"la danışıqlar aparır.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.
- Əvəzedicilər liqasında VII turun təyinatları açıqlandı
- "Barselona"nın 53 oyunluq seriyası başa çatıb
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- Ançelotti Braziliya millisindən imtina etdi
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib