Gürcüstan klubu "Sabah"ın futbolçusuna elçi düşüb
26.02.2024 - 22:19
Gürcüstanın "Samtrediya" klubu U-21 yığmamızın sabiq üzvü, hazırda "Sabah"da oynayan Abdulla Xaybullayevi heyətində görmək istəyir.
Apasport.az xəbər verir ki, gürcülər onu icarəyə götürməyi planlaşdırır.
Bunun üçün isə futbolçunun klubu ilə danışıqlara start verilib.
Hələ ki, Gürcüstan yüksək liqasında sezon başlamayıb və martın 1-də liqaya start veriləcək.
Xaybullayev ötən mövsümü də "Samtrediya"da icarədə keçirib.
"Sabah"ın onu Gürcüstan klubuna buraxıb-buraxmayacağı dəqiq deyil.
- “Xilasedici”nin “Challenge Cup”dakı mümkün rəqibi bəlli olub
- Demçenko: "Stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi"
- Arif Əsədov: "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır"
- Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilir
- Ölkə birinciliyi: 5 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
0
0