"Liverpul"un kapitanı Cordan Henderson da Səudiyyə Ərəbistanına getmək istəyir.
Apasport.az saytı xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi “Əl-İttifaq”ın çağırışına yaxın vaxtlarda cavab verəcəyini açıqlayıb.
Təklifin cəlbedici olduğunu deyən 33 yaşlı ingilis “qırmızılar”da qazandığından 4 dəfə artıq maaş ala bilər.
Ərəb klubunun yeni baş məşqçisi Stiven Cerrard futbolçunu heyətdə görmək üçün israr edir. Henderson şəxsi müqaviləsinin şərtləri ilə razılaşarsa, o zaman “Liverpul” əngəl törətməyəcək və dərhal transferlə bağlı danışıqlar başlayacaq.
Qeyd edək ki, futbolçu ötən mövsüm 43 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
- Önder Karaveli: "Qarabağ" hamımızı çox qürurlandırır"
- “Qarabağ” “Neftçi”ni məğlub etdi - YENİLƏNİB
- Türkiyədə transferlərdən ən çox uduzan klublar bilindi
- Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında protokol imzalanıb
- "Barselona" "Mançester Yunayted"lə oyuna itkilərlə çıxacaq