Misli Premyer Liqasının IV turunun "Turan Tovuz" - "Qəbələ" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Güman etdiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik",
- Transfer dönəmini necə dəyərləndirərdiz?
- Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı.
- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?
- Bu suala cavab vermək istəmirəm. Ancaq oyun haqda danışmaq istəyirəm.
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlanıb
- “Alanyaspor”da bir dövrün sonu - Efecan Karaca komandadan getdi
- Bakıda keçiriləcək SportAccord Konvensiyasının yeni tarixi açıqlanıb
- "Linkoln" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib