"Arzularımız üçün əlimizdən gələni edəcəyik".
Apasport.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Macarıstanla cavab oyunundan əvvəl açıqlamasında deyib.
İtaliyalı mütəxəssis bir sıra futbolçularının zədəli olduğunu bildirib.
"Təəssüf ki, bildiyiniz kimi, bəzi oyunçularımızın zədəsini sağaltması üçün sona qədər gözlədik. Zədələrinə görə klublarına qayıtmalı olsalar da, burdan onlara təşəkkür etmək istəyirəm. Hələ də zədəsi sual altında olan futbolçularımız var, sabaha qədər vaxtımız var. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq".
Qeyd edək ki, Kaan Ayhan, Mert Günok, Yunus Akgün zədə səbəbindən millinin düşərgəsini tərk edib.
- Yığma komandamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq
- Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
- Yüksək Liqa: "Xilasedici" "Neftçi" ilə görüşəcək
- Bellingem "İlin sıçrayışı" mükafatını qazanıb
- Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib