“Qarabağ”da növbəti ayrılıq - Rəsmi
11.02.2025 - 16:36
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
Apasport.az kluba istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
- U-19 millimizdən heç-heçə - YENİLƏNİB
- "Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
0
0