Renat Dadaşov yeni komandasında qol hesabını açıb
12.08.2024 - 01:02
Türkiyə çempionatının 1-ci liqasında çıxış edən "Ankaragücü" klubuna transfer edilən Renat Dadaşov bu gün yeni komandasında ilk matçına çıxıb.
Apasport.az xəbər verir ki, "Ankaragücü" evdə "Şanlıurfaspor"u qəbul edib.
Azərbaycan millisinin hücumçusu 67-ci dəqiqədə zədələnən Riad Bayiçi əvəzləyib. Renat 10 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb. Beləcə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dadaşov ötən mövsümü Türkiyənin "Hatayspor" klubunda keçirib.
- “Neftçi” tıxaca düşdü, "Sumqayıt"la oyununun vaxtı dəyişdirildi
- De Bleker səhvi etiraf etdi: "Belə hörmətsiz davranışı qəbul edə bilmərik"
- Elmar Baxşıyev: “Xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar”
- Amorimdən sərt qərar: 4 futbolçu heyətə daxil edilmədi
- Türkiyə millisinin üzvü klubunu dəyişib
0
0