"Şamaxı"ya Premyer Liqada iştirak üçün lisenziya verilib
27.05.2024 - 15:20
2023/2024 mövsümündə I Liqada çıxış edən "İmişli" və "Şamaxı" komandalarına Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyası qərar qəbul edib.
“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” isə müvafiq lisenziyanı ala bilməyiblər. "İrəvan" növbəti mövsüm Azərbaycan I Liqasında iştirak etməyəcək.
Beləliklə, "Şamaxı" növbəti mövsüm Azərbaycan Premyer Liqasında, II Liqada çempion olan “Baku Sportinq” isə I Liqada mübarizə aparacaq.
- Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu
- Premyer Liqada 97-ci ölkə təmsilçisi
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- "Qarabağ"dan tanınmış klubun braziliyalı forvardına təklif – SON DƏQİQƏ
- Vüsal İsgəndərov: "Qələbə ilə geri dönmək istəyirik"
0
0