Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılıblar
23.08.2024 - 15:52
Yeniyetmə stolüstü tennisçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edir.
Apasport.az xəbər verir ki, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar.
2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.
Bu gün başlayan beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.
- Rusiya Olimpiya Komitəsinin hüquqları bərpa olundu - Rəsmi açıqlama
- Juninyo Kimdir? "Sevilya"nın transfer radarında olan futbolçunun həyat yolu
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
- “Qarabağ”la “Qəbələ”yə UEFA-dan vəsait
- Merih Demiral daha 4 il Ərəbistanda - Rəsmi
0
0