
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda Azərbaycan himnini səsləndirib.
1/16 final mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə döyüşüb. Qələbə qazanan təmsilçimiz finala yüksəlib.
Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərində inamlı qələbə qazanan milli üzvü çempion tituluna yiyələnib.
Qeyd edək ki, yığma ardınca Türkiyə açıq çempionatında iştirak edəcək.
- Çalhanoğlu azarkeşlərlə görüşdüyünə görə cəzalandırılıb
- “Sərhədçi”nin legioneri: "Azərbaycanda yeməklərin dadına baxdım və..."
- Azərbaycanda yığmaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı təsdiqlənib
- "Zirə" Tovuzda qalib gəldi, "Qəbələ" Bakıda büdrədi - YENİLƏNİB
- Ronaldodan növbəti rekord