U-17 millimiz məğlub oldu
02.05.2024 - 21:49
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız start görüşündə meydan sahiblərinə uduzub.
ABFF Təlim-Məşq Mərkəzində keçirilən oyunda futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.
Turnirin bu gün keçirilən digər görüşündə Türkiyə Qazaxıstan yığmasına 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə görüşəcək.
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
- Azərbaycan millisi Macarıstan yığması ilə qarşılaşacaq
- Afrikada ardıcıl məşqçi istefaları - Bu dəfə Fil Dişi Sahili...
- “Qəbələ” geridönüş edib “Səbail”ə qalib gəldi - YENİLƏNİB
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
0
0