Millimiz yenə məğlub oldu: 8 qol buraxdı
01.10.2026 - 16:46
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, B Liqasının I qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.
0
0