ABL: XII tura yekun vurulur
26.01.2025 - 10:48
Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 20 xalla ikinci, "Ordu" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçini" (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.
- Ruslan Lunyov növbəti dəfə fəxri kürsüdə yer alıb
- Yığmamızın məşqçisi: "Komandamız EYOF-dan Vətənə medallarla qayıdacaq”
- Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB
- “Bavariya”nın növbəti təklifinə “yox” cavabı
- İrina Zaretska: “Həmin zərbə mənə qələbə qazandırdı”
0
0