“LANDAU Lions” məğlub olub
21.10.2026 - 23:29
Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Erhan Tokerin yetirmələri "Bakken Birs"lə qarşılaşıb.
Təmsilçimiz matçdan məğlub ayrılıb - 88:91.
Qeyd edək ki, "LANDAU Lions" daha əvvəl G qrupunda İsveçrənin "Lions de Geneve" komandasına (83:105) və Slovakiyanın "Prievidza" klubuna məğlub olub - 84:108.
0
0