AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB
01.08.2025 - 00:13
AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB

UEFA Avropa Liqasında II təsnifat mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün raundun cavab görüşləri keçirilir.

Türkiyə təmsilçisi "Beşiktaş" "Şaxtyor"un qonağı olub.

İlk matçda 2:4 hesabı ilə məğlub olan "qara qartallar" səfər görüşündən də əliboş dönüb - 2:0.