2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, evsahibi Almaniyanın Hamburq şəhərində gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.
Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.
A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə
B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya
C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya
D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)
AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
- Çempion Tovuzda xal itirdi, Bayılda bol qollu derbi YENİLƏNİB
- Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
- Barış Düşmez: “Makkabi” “Zirə”dən təcrübəlidir və heyəti güclüdür”
- DÇ-2026-nın favoritləri açıqlanıb
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir