"Bayer" - "Qarabağ" matçının biletləri satışa çıxarılır
26.02.2024 - 10:47
"Bayer" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt məlum olub.
Apasport.az Almaniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, "Bayer" klub üzvləri və abunəçilər üçün eksklüziv satışlar 27 fevral saat 12:00-da başlayacaq. Biletlərin məbləği 8-50 avro arasında dəyişir.
Qeyd edək ki, martın 14-də "Bay Arena"da keçiriləcək "Bayer" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- “Zirə”nin Slovakiya klubu ilə səfər oyunun hakimləri açıqlandı
- "Kəpəz"in futbolçusu "Səbail"də - RƏSMİ
- "Ferentsvaroş" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
- AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
0
0