Cəlal Hüseynovun komandasından qələbə
07.08.2025 - 23:46

Cəlal Hüseynovun çıxış etdiyi "Arda" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, Boqlarıstan təmsilçisi səfərdə Litvanın "Kauno Jalqiris" komandasının qonağı olub.
Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 53-cü dəqiqədə Antonio Vutov vurub. Start heyətinsə yer alan Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.
0
0