AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib
23.12.2025 - 13:04
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" komandasına texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.
0:3 hesablı texniki məğlubiyyət alan "Zaqatala" 1200 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.
- Stolüstü tennisçilərimiz Dohada daha bir uğura imza atıblar
- "Araz Naxçıvan"ın Çempionlar Liqasında rəqibləri müəyyənləşdi
- Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”
- Laurentsiu Regekampf: “Döyüş ruhlu çox olan matça hazır olmalıyıq”
- ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib
0
0