2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutub.
Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşıb. Bosniyalılar matçı 3:1 hesablı qələbəylə başa vuraraq qrupu 4 xalla 3-cü pillədə başa vurub. Qətər 1 xalla qrup sonuncusu olub.
Qrupun digər matçında isə İsveçrə Kanadanı məğlub edib: 2:1.
Xallarının sayını 7-yə yüksəldən Avropa təmsilçisi B qrupunu lider tamamlayıb. Kanada 4 xalla ikinci yerdə qərarlaşıb.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.
DÇ-2026
B qrupu, III tur
24 iyun
23:00. Bosniya və Herseqovina - Qətər 3:1
Qol: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81
23:00. İsveçrə - Kanada 2:1
Qol: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76
- "Barselona"nı yox, "Bilbao"nu seçdi – Niko Uilliamsdan 10 illik sədaqət
- "Sərhədçi" və "Xəzri" üz-üzə
- İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- Zaur Həşimov: “Buna səbəb onlara gələn təkliflərin olmasıdır”