Qətər millisinin futbolçusu Assim Madibo cəzalandırılıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-da Kanada ilə matçdakı kobud oyuna görə 5 oyunluq diskvalifikasiya olunub.
Madibo qrup mərhələsində Kanadaya 0:6 hesabı ilə uduzduqları qarşılaşmanın ikinci hissəsində rəqib futbolçu İsmayıl Koneyə qarşı sərt qayda pozuntusuna yol verib. Epizoddan sonra o, qırmızı vərəqə alaraq meydandan qovulub.
Kanada millisinin və “Sassuolo”nun yarımmüdafiəçisi Kone zədə səbəbindən oyunu davam etdirə bilməyib. Futbolçunun baldır və qamış sümüyündə sınıq aşkarlanıb. Onun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
FİFA-nın İntizam Komitəsi Madibonu milli komanda səviyyəsində 5 oyunluq diskvalifikasiya edib.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
- Ceyhun Mahmudov Paris-2024-ə vəsiqə qazandı
- Aslan Kərimov: “O, “Qarabağ”da oynaya biləcək” - MÜSAHİBƏ
- Daha bir İngiltərə klubu baş məşqçisini yola salmaq istəyir