İspaniyanın məğlubiyyətsizlik seriyası başa çatdı - ÖZ MEYDANINDA
16.11.2026 - 02:09
İspaniya millisi UEFA Millətlər Liqasının VI turunda öz meydanında İngiltərəyə 2:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, bu nəticə ilə Luis de la Fuentenin rəhbərlik etdiyi komandanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.
İspanlar sonuncu dəfə 2024-cü ilin martında Kolumbiya ilə yoldaşlıq görüşündə (0:1) uduzmuşdular.
Həmin vaxtdan bəri komanda 34 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.
0
0