“Lill” – “Qalatasaray” matçının hakimi bəlli oldu
19.10.2026 - 16:35
“Lill” – “Qalatasaray” matçının hakimi bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qalatasaray”la Fransanın “Lill” komandası arasında keçiriləcək oyunun hakimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, oktyabrın 21-də baş tutacaq qarşılaşmanı sloveniyalı referi Rade Obrenoviç idarə edəcək.

Ona həmyerliləri Jure Praprotnik və Matej Zuniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə niderlandlı Dennis Hiqler olacaq.

Qeyd edək ki, “Lill” – “Qalatasaray” matçı Fransadakı “Pyer Moro” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.