Rəşad Eyyubov: “Bu, yaxşı nəticədir”
06.10.2026 - 21:16
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Cəbəllütariqi məğlub edib - 3:0.
Apasport.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Rəşad Eyyubovun brifinqi keçirilib.
“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bu günkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi
- "Neftçi" "Qəbələ" ilə oyunun hazırlığını başa vurdu
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- PSJ-nin ulduzu üçün 100 milyon avro
- Bedri Meriç: "Şəki"ni bu mövsüm pley-offlarda görəcəyik"
0
0