Bu gün DÇ-2022-nin final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundiala 30-cu vəsiqənin sahibi Kardiffdə bəlli olub.
Avropadan Asiyaya sonuncu biletin sahibi Uels və Ukrayna arasında matçda bilinib. “Kardiff Siti” stadionundakı görüşün taleyini yeganə qol həll edib. Andrey Yarmolenkonun 34-cü dəqiqədəki avtoqolu ukraynalıların ümidinin üstündən xətt çəkib və britaniyalılar doğma azarkeşləri önündə 1:0 hesablı qələbəyə sevinib.
Beləliklə, Uels 64 ildən (DÇ-1958-dən) sonra ilk, ümumilikdə isə ikinci dəfə dünya çempionatında iştirak hüququ əldə edib.
- Yığmamız seçmə mərhələdəki ilk oyunda məğlub olub
- "Liverpul" yeni mövsüm üçün alternativ formasını təqdim edib - FOTO
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- De Bruynenin "Napoli" ilə müqavilə detalları müəyyənləşdi
- “Real”ın Olise planı: MBAPPE VƏ ÇUAMENİ