Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir
06.04.2025 - 19:19
Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

Apasport.az xəbər verir ki, hər iki komandamız Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.