Azərbaycanın “Judo Club 2012” komandası cüdo üzrə Avropa Çempionlar Liqasında ilk dəfə iştirak edəcək.
Apasport.az xəbər verir ki, oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda ölkəmizi yeddi cüdoçu təmsil edəcək.
Komandaya baş məşqçi İmran İmanov rəhbərlik edəcək.
“Judo Club 2012”nin heyəti:
Qadınlar:
57 kq - Ülviyyə Babayeva
70 kq - Aytac Qardaşxanlı
+70 kq - Diana Semçenko
Kişilər:
73 kq - İbrahim Əliyev
90 kq - Elcan Hacıyev
+90 kq - Sübhan Axundov, Əsəd Əsgərov
Azərbaycan nümayəndə heyətində klubun təsisçisi və sədri, Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov da yer alacaq. Veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olan Əsgərovla yanaşı, məşqçilər Zaur Bağırov və Eldar Kasumov da Parisə yollanacaqlar.
Avropa Cüdo İttifaqının təşkil etdiyi Çempionlar Liqasında 11 klubun iştirakı nəzərdə tutulub. Yarışın əvvəlki qalibi Fransanın PSJ klubu olub.