Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək Avropa kata turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda milli komandanın 6 cüdoçusu mübarizə aparacaq.
Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.
“Nage-no-kata” üzrə İsmayıl Rzayev, Natiq Qurbanlı (hər ikisi tori - hücum edən idmançı), Elçin Mayılov, Samir İsmayılov (hər ikisi uke - hücum edilən idmançı) qüvvəsini sınayacaq.
“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, aprelin 26-da təşkil olunacaq turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) çıxış edəcək.
- “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi açıqlandı
- Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
- Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub
- Meza Kolli: “Əminəm ki, Mutu "Neftçi"ni yüksəklərə qaldıracaq” - MÜSAHİBƏ
- İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın