
“Finalda qol vurmaq hər bir futbolçunun arzusudur. Xüsusən də, bunun qələbə qolu olması”.
Apasport.az saytının məlumatına görə, bunu mini futbol üzrə Azərbaycan millisinin üzvü Seymur Məmmədov hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa çempionatının final matçında yığmamıza Rumıniya üzərində qələbə qazandıran qolun müəllifi olan Məmmədov təəssüratlarını bölüşüb. O, buna görə, Azərbaycan xalqına təşəkkürünü bildirib: “Rumıniya altıqat Avropa çempionudur. Bu cür komandaya qol vurmaq çox sevindiricidir. Çempion olmaq böyük sevinc hissidir. Azərbaycan xalqının dəstəyi bu uğurumuzda böyük rol oynadı. Bizə dayanmadan mesajlar yazırdılar, dəstək olurdular. Hər birinə təşəkkür edirəm, var olsunlar”.
Qeyd edək ki, mini futbol üzrə Azərbaycanın millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
- “Bavariya”dan ayrılır - əvəzedici olmaq istəmir
- Voleybol Federasiyası nümayəndələri 3 rayona səfər etdilər
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- Milli qəhrəmanın xatirəsinə həsr edilən karate turniri keçirilib
- Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib