5-7 fevral tarixlərində Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışlarda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq.
Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 final mərhələsindən finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Üç gün davam edəcək turnirin açılış mərasimi 6 fevral saat 10:00-da Neftçilər prospekti, 26a ünvanında yerləşən Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) baş tutacaq.
- Premyer Liqa oyunları üçün təyyarədən istifadə edilməsin - TƏKLİF
- "Barselona"nın müdafiəçisi nəhənglərin maraq dairəsində
- “Neftçi”nin oyununun vaxtı dəyişdirildi
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- "Şahin Diniyev komandanı özü yığdı, nəticəsi də göz qabağındadır" - Ramiz Məmmədov