Abdulrəhman Hüseynli U-17 dünya çempionatına inamlı qələbə ilə başladı
28.07.2026 - 12:22
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- Bonifeysdən “Bayer” qərarı
- Rahid Əmirquliyev: “Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı” - MÜSAHİBƏ
- Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
- Gimnastika millimizin məşqçisi Misirdə kursda iştirak edib
- Dmitri Karamarenko: “Azərbaycanın ilk oyunu səfərdə keçirməsi yaxşıdır” - MÜSAHİBƏ
0
0