
Almaniya Bundesliqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Bayer" öz meydanında "Yunion"u qəbul edib.
Görüşdə qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
Lider "Bavariya" isə turun mərkəzi matçında Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Gərgin keçən bu görüşdə qapılara 4 qol vurulub. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Almaniya Bundesliqası
XXIX tur
17:30. "Bayer" - "Yunion" - 0:0
17:30. "Borussiya" M - "Frayburq" - 1:2
17:30. "Boxum" - "Auqsburq" - 1:2
17:30. "Hoffenhaym" - "Maynts" - 2:0
17:30. "Holşteyn Kiel" - "Sent Pauli" - 1:2
20:30. "Bavariya" - "Borussiya Dortmund" - 2:2