La Liqa: “Barsa”dan minimalhesablı qələbə - VİDEO
13.04.2025 - 00:54
La Liqa: “Barsa”dan minimalhesablı qələbə - VİDEO

İspaniya La Liqasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Malyorka" səfərdə "Real Sosyedad"la qarşılaşıb.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında lider "Barselona" səfərdə "Leqaneş"lə üz-üzə gəlib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya La Liqası
XXXI tur

16:00. "Real Sosyedad" - "Malyorka" - 0:2
18:15. "Xetafe" - "Las Palmas" - 1:3
20:30. "Selta Viqo" - "Espanyol" - 0:2
22:45. "Leqaneş" - "Barselona" - 0:1