Qaşim Maqomedovdan bürünc medal
07.06.2026 - 21:54
İtaliyanın Roma şəhərində keçirilən Dünya Taekvondo Qran Pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (-58 kq) bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz medala gedən yolda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, idmançımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.
“Qran Pri” seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
0
0